Firuzə Hacılı

"İnterstudent" xaricdə təhsil mərkəzinin baş mütəxəssisi Firuzə Hacılı

Xaricdə təhsil üzrə mütəxəssisimizdir. Təhsil xəyallarını “İnterstudent” ə etibar edən tələbə namizədlərin xəyallarını gerçəkləşdirmək üçün effektiv şəkildə fəaliyyət göstərir.

“İnterstudent” xaricdə təhsil mərkəzinin baş mütəxəssisi Firuzə Hacılı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya (İngilis dili üzrə) ixtisasının məzunu olub.
2013-2017-ci illərdə “MV”Tədris Mərkəzində idraetmə və ingilis dili müəllimi kimi fəaliyyət göstərib.
Həmçinin, “Rortvest Safety”MMC -də xarici əlaqələr üzrə satış mütəxəssisi kimi çalışıb .

İstanbul Aydın Universiteti, İstanbul Gedik Universiteti, Kütahya Dumlupınar Universiteti kimi qabaqcıl Türkiyə universitetlərinin təhsil mütəxəssisi olaraq sertifikatlarla təltif olunub.

“İnterstudent” xaricdə təhsil şirkətində baş mütəxəssisi kimi fəaliyyətini davam etdirən Firuzə Hacılı hazırda xaricdə təhsil almaq istəyən tələbə namizədlərin təhsil xəyallarını gerçəkləşdirməyə davam edir.

Dil bilikləri:

  • Türk
  • İngilis

Kompüter bilikləri:

  • MS Office proqramları;
  • Video montaj proqramları;
    Corel Draw;
    Sound Forge.