Xarici universitetlərə qəbul olmaq üçün əsas tələb təhsil alacağınız xarici dili mükəmməl şəkildə bilməyinizdir. Bu mənada dünyanın əksər  universitetləri tərəfindən qoyulan əsas xarici dil tələbi 2 cürdür: IELTS VƏ TOEFL imtahan sertifikatı.

IELTS İmtahanı Nədir?

Gəlin Azərbaycanlı tələbələri daha çox maraqlandıran IELTS imtahanı haqqında ətraflı fikir mübadiləsi aparaq.

IELTS – İnternational English Language Testing System olmaqla, ingilis dili biliyinizi akademik səviyyədə sınağa çəkən beynəlxalq testləşdirmə sistemidir. IELTS sertifikatı dünya üzrə 140-dan artıq ölkədə keçərlidir. IELTS imtahanında tələbələrin 4 bacarığı – Dinləmə(Listening), Oxuma (Reading), Yazı(Writing), Danışıq(Speaking) qiymtələndirilir. TOEFL imtahanından fərqli olaraq ölkəmizdə IELTS komputerlə deyil,  yazılı formatda verilir (paper-based test).  Əldə edilmə məqsədindən asılı  olaraq IELTS iki növ olur: Academic və General IELTS. Xaricdə təhsil almaq üçün Sizə lazım olan Akademik IELTS imtahan nəticəsidir. Generel IELTS isə xarici ölkələrə işləmək və digər karyera məqsədləri üçün gedənlərdən tələb olunur.  IELTS  imtahanı iki mərhələdən ibarət olur: 1-ci mərhələdə Listening, Reading, Writing bölmələri test edilir. İkinci mərhələdə isə Speaking bölməsi üzrə imtahan verilir.

IELTS İmtahanı Nədir?

Hər bölmənin davametmə müddəti  və sual tipləri aşağıdakı kimidir:

  1. Listening bölməsi 30 dəqiqə çəkir  və ümumi 40 sual olur. 4 ədad ayrı-ayrı Dinləmə mətninə qulaq asdıqdan sonra testləri işləməyə başlayırsınız.
  2. Reading bölməsi 60 dəqiqə müddətindədir və burada da 40 sual olur.  Bütün suallar üzrə tələbələrə cavablandırılması gərəkən 3 hissəlik oxu mətni təqdim edilir.
  3. Writing bölümündə 60 dəqiqə zaman və 2 tapşırıq (Task1 və Task 2) olur. 20 dəqiqə Task 1, 40 dəqiqə isə Task 2 üçün verilir. Task 1-də verilmiş qrafik əsasında 150 sözlük mətn, Task 2-də verilmiş qısa başlıq əsasında 250 sözlük inşa mətni(Essay) yazmağınız tələb olunur.
  4. Speaking əvvəldə qeyd etdiyimiz kimi, ikinci mərhələdə test edilir və imtahan başqa bir gün baş tutur. Speaking bölməsi 11-15 dəqiqə müddətində davam edir və 3 hissədən ibarət olur (Part 1,2,3). Hissə 1-də gündəlik həyat tərzinizə uyğun ümumi suallar soruşulur, Hissə 2-də kandidata  müəyyən mövzu üzrə başlıq sualları və hazırlaşıb danışması üçün 1-2 dəqiqə vaxt verilir. Daha sonra tələbə həmin mövzu haqqında bir neçə dəqiqə danışmalıdır. Hissə 3-də isə Müəllim (Examiner) tələbəyə  2-ci hissədəki  danışılan mətnə uyğun bir neçə sual verir və cavablandırıldıqdan sonra imtahan yekunlaşır.

IELTS imtahanı, formatı, suallar və s. lazımi nüanslar haqqında məlumat əldə etdikdən sonra Xaricdə təhsil almaq üçün bir addım daha irəli atmış olursunuz. Məhz bizə müraciət etməklə IELTS üzrə mütəxəssislərimizin köməyi ilə effektiv şəkildə IELTS imtahanına hazırlaşa və  yüksək bal toplaya bilərsiniz.

 

Xaricdə təhsil arzunuzu bizimlə reallaşdırın!

Ətraflı məlumat və imtahana qeydiyyatdan keçmək üçün  aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32