İnterstudent Xaricdə Təhsil Mərkəzinə Xoş Gəldin Uzun İllərdir ki, Xidmətinizdəyik XİDMƏTLƏRİMİZ Universal xaricdə təhsil xidmətləri bir arada İnkişafınız üçün varıq ÜSTÜNLÜKLƏRİMİZ Polşada Təhsil İstədiyiniz ölkədə oxuyacaqsınız Xaricdə təhsil üçün doğru
ünvandasınız
ÖLKƏLƏR

Ölkələr

Gəncləri ən çox maraqlandıran mövzulardan olan Xaricdə Təhsil üzrə universal xidmətlərimiz ilə qarşınızdayıq.  Azərbaycanlı tələbələrin ən çox oxumağa getdikləri ölkələrdən Türkiyə, Ukrayna, Polşa, Litva və Latviya universitetlərində istədiyiniz ixtisas proqramı üzrə ali təhsil almağınızı təmin edirik.  Hədəfimiz arzularınızı reallaşdırmaq, keyfiyyətimiz isə  qazandığınız uğurlardır.

Türkiyədə Təhsil

Reytinqli və peşəkar müəllim heyətinə sahib olan universitetlər, uğurlu dərs metodikası,geniş kampus, gəzməkdən bezə bilməyəcəyiniz turistik yerlər. Bütün bu şanslardan yararlanmaq üçün bizə müraciət et.

Polşada Təhsil

Polşa qədim tarixə, dadlı yeməklərə, göz oxşayan təbiətə və ən əsası isə əvəzolunmaz professorlara sahib universitetlərlə zəngin bir ölkədir. Bu ecazkar ölkədə oxumaq üçün tərəddüt etməyin, elə indi bizə yazaraq ətraflı məlumat əldə edin.

Ukraynada Təhsil

Avropa təhsil sisteminə malik, uzun illərdir təcrübəsi olan universitetlər, iqtisadi cəhətdən tam ekonomik olması, Ukraynanı tələbələr üçün ən ideal ölkə edir. Həm kefiyyətli təhsil ala, həm də dünyagörüşünüzü artıra bilərsiniz.

Litvada Təhsil

Estoniya və Latviyanın arasında yerləşən bu möhtəşəm ölkə sizin üçün əla seçimdir. Həmnəzəri biliklərəldə edə, həm də biliklərinizi praktiki cəhətdən inkişaf etdirə bilərsiniz. Bu şansı əldən verməyin, bizə müraciət edin ki, sizə dəstək olaq.

Latviyada Təhsil

Latviyada təhsilin əsas fərqi köhnə sovet ölkəsi olması və dil, mədəniyyətin bizə yaxın olmasıdır. Avropada, mədəniyyətin və təhsilin bir araya gəldiyi bu yerdə təhsil almaq üçün bizə müraciət edə bilərsiniz.

Bizlə nə əldə edəcəksiniz?

Universal və keyfiyyətli xidmət

Xaricdə təhsil mərkəzimiz qarşılıqlı mübadilədə oluğumuz ölkə universitetlərinin  Azərbaycan  üzrə  rəsmi  tərəfdaşıdır. Ödənişsiz təhsil konsultasiyasından tutmuş, xaricə qəbul alan tələbələrin həmin ölkələrə yerləşməsinə qədər olan bütün prosesləri yüksək keyfiyyət standartlarına uyğun tərzdə həyata keçiririk və gedişata ciddi nəzarət edirik.

Mehriban və zəhmətkeş komandamız

Uğurlarımız və xidmətimizin keyfiyyət göstəricisinin təminatçısı əvəzedilməz şəxslərdən ibarət dəyərli komandamızdır. Biz, “İnterstudent”  komandası olaraq inanırıq ki, hər birimiz ümumi xaricdə təhsil almaq  prosesinin  bir parçasıyıq. Buna görə də iş vəzifəsindən asılı  olmayaraq hər bir komanda üzvü müraciət edən tələbələrimizin xaricdə təhsil  almaları üçün gərəkli hər şeyi edir.

Yüksək ixtisaslaşmış mütəxəssis heyəti

Yerli və beynəlxalq universitetlərdə ali təhsil almış xaricdə təhsil üzrə mütəxəssislərimiz öz işlərinə ciddi məsuliyyətlə və sevərək yanaşır. Tələbələrimizin xaricdə təhsil barədə arzu və niyyətlərini lazımi şəkildə aşkarlayan peşəkar mütəxəsisslərimiz  onların istədikləri ölkə və universitetlərdə təhsil almaları  üçün əllərindən gələn hər şeyi edirlər.

Universitetlərə qəbul şərtlərinin sadəliyi

Qarşılıqlı əlaqədə olduğumuz ölkələr Azərbaycanlı tələbələrin ən çox xaricdə oxumağa getdiyi ölkələrdir. Bu mənada həmin ölkə universitetlərinə qəbul olmaq üçün bir çox hallarda yalnız  “Attestat” kifayət edir. Qalan sənədlər isə ümumi formal olanlardır. Bu ali təhsil müəssisələrinə qəbul prosesinin maksimum qısa sürməsi  Xaricdə təhsil arzunuzu daha tez reallaşdıracaq.

Bizim Əlaqə Məlumatlarımız

Cəfər Cabbarlı 44, Caspian Plaza 1-ci korpus 7-ci mərtəbə
Skype : Interstudent.az
Email : [email protected]