Ali təhsilini tamamlamaq və eyni zamanda xarici universitet diplomuna sahib olmaq istəyən gənclərin ən çox müraciət etdiyi universitetlər məhz qardaş ölkə Türkiyədə yerləşir.
Türkiyədə magistr təhsil pilləsinə qəbul bir neçə mərhələlərdə aparılır və universitetlər həm imtahanla, həm də imtahansız qəbul prosesini həyata keçirirlər.
Eyni zamanda universitetlərdə təhsil namizədin seçimindən aslı olaraq bir neçə xarici dildə təşkil edilə bilər.
Türkiyədə demək olar ki, bütün bölgələrdə dövlət universiteti var. Ən çox İstanbul, Ankara və İzmir şəhərlərində yerləşən bu universitetlərdə təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burada oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstəcisidir ki, qəbul üçün rəqabət çox güclü olur.
Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə magistr təhsili almaq mümkündür.
Dövlət universitetlərində təhsil haqqı təxminən 500-2000 manat arasındadır. Amma bəzi proqramlar var ki, onlar bahadır. Məsələn, Marmara Universitetində proqramlar 10.000 TL-dir.
salam . MƏn Üzeyir HAcıbəyli adına Baki Musiqi Akademiyasını bitirmişəm . İxtisasım arfa musiqi alətidir. Yəni instrumental ifaçılıq. Magistr təhsili almışam fərqlənmə ilə bitirmişəm. Mən Türkiyədə doktoranturanı oxumaq istəyərdim. Bu mövzuda mənə kömək edə bilərsizmi
Salam təəssüf ki, xidmətlərimiz arasında xaricdə doktorantura (phd) təhsili mövcud deyil.
Müraciətiniz üçün təşəkkürlər.