Litva Qərbi və Şərqi Avropanın kəsişməsində yerləşməklə iki böyük region arasında iqtisadi körpü rolunu oynayır. 1991-ci ildən SSRİ-dən müstəqillik qazanan Litva bu gün iqtisadi inkişaf səviyyəsinə görə reegionda ön sıralarda yer alır. İqtisadiyyatın bir çox sahələri, xüsusən tibb, informasiya texnologiyaları, dəqiq və biotexnologiyalar kimi ən müasir sahələri həddən çox inkişaf etməkdədir.

Litvanın təhsil sistemi çoxəsrlik tarixə malikdir. Bu gün orta və ali məktəblər üzrə təhsilin keyfiyyəti bir çox inkişaf etmiş Avropa ölkələri səviyyəsindədir. Litva uzunmüddətli təhsil ənənələrinə sahibdir. Ölkədə 22 universitet vardır ki, bunlardan 14-ü dövlət, 8-i isə özəldir. Litvada universitet və kolleclər xarici tələbələrə 350-dən çox İngilis dilində təhsil proqramları təklif edir. Universitetlərdə ali təhsilin hər üç pilləsi tədris edilir və təhsil ödənişləri aşağıdakı qiymtələrdən başlayır:
- Bakalavr ( illik 1300$-dan)
- Magistr yaxud spesifikləşdirilmiş peşəkar təhsil (illik 2300$-dan)
- Doktorantura (illik 8400$-dan)
Universitet təhsilində müasir texnologiyaların geniş tətbiqi, yüksək ixtisaslaşmış müəllim-professor heyətinin olması, dünya standartlarına uyğun təhsil imkanları və s. səbəblər xarici tələbələrin Litvada təhsil alması üçün şərait yaradır. Bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanlı tələbələrin də çoxu Litva universitetlərində təhsil almağı düşünür.

Bəs Litvada təshil almağın hansı üstünlükləri var?
- Beynəlxalq təhsil standartlarına uyğun keyfiyyətli ali təhsil imkanı
- Universitet diplomlarının dünya üzrə rəsmən tanınması
- Tələbə büdcəsinə uyğun təhsil və yaşam imkanlarının mövcudluğu
- Viza əldə etmək prosedurunun olduqca sadəliliyi
- Karyera imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi
- Əhalinin mehriban və qonaqpərvər olması səsbəbiylə tələbələrin tez bir zamanda yerli mühitə adaptasiyası
Litva universitetlərinə qəbul üçün hansı sənədlər tələb olunur?
- Bakalavr təhsili üçün orta məktəbdən əldə etdiyiniz Attestat
- Magistr pilləsi üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
- Akademik ingilis dili səviyyəsini təsdiq edən sertifikatlar (TOEFL minimum 60 bal, IELTS minimum 5.5 bal)
- Xarici pasport
- CV (Cirriculum Vitae)
- 3*4 ölçüdə sənəd şəkli
- Motivasiya məktubu

QEYD: Qeyd edilən sənədlər şərtidir. Universitetlər daxili administrativ qaydalarına əsasən fərqli sənədlər tələb edə bilər
Litvada yaşam xərcləri
Litva yaşayış xərclərinə görə əksər Avropa ölkələrindən sərfəlidir. Yataqxana qiymətləri 60-300€, qida xərcləri 150-300€, ictimai nəqliyyat cərcləri isə 100-120€ arasındadır. Ümumi qiymətlərlə baxsaq, bir tələbə üçün aylıq ortalama 300-800€ yaşayış xərclərini qarşılamağa kifayət edir.
Avropa qitəsində təhsil sahəsində öncül ölkələrdən olan və yüksək keyfiyyətli universitetlərə malik Litvada ali təhsil almaq istəyirsinizsə, bizə müraciət edin, istədiyiniz universitetdə arzuladığınız ixtisas üzrə təhsil almağınızı təmin edək.
Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?
Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
- Orta məktəb attestatı;
- 3×4 fotoşəkil;
- Xarici passport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?
Təqdim olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.
Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?
Şirkətimiz sizə Türkiyədə attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.
Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?
Türkiyə ilə yanaşı, Ukrayna, Belarusiya Polşa kimi bir çox Avropa ölkələrinin universitetlərinə qəbul prosesi həyata keçirilir.
Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?
Xarici ölkələrdə təhsillə bağlı təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Ödənişsiz konsultasiya xidmətləri;
- İstənilən universitet və ixtisasa qəbul;
- Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;
- Viza alınmasında dəstək;
- Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.
- Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?
Şirkətimiz sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.
Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?
Türkiyədə magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:
- ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
- TOEFL (Test of English as a Foreign Language)
Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?
Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:
- YÖS (Yabancı Öğrenci Sınavı)
- SAT (Scholastic Aptitude/Assessment Test)
- TÖMER ( Türk dili haqqında sertifikat)
Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.