Nicat Rəşidli

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi məzunuyam. Uşaqlıdan xəyalım xaricdə xüsusilə də Türkiyədə təhsil almaq idi. Türkiyə mənə digər ölkələrdən daha doğma və yaxın gəlirdi.  Xəyalım Türkiyədə prestijli bir  universitetə qəbul olmaq olduğu üçün həmişə dərslərdə aktiv olmağa çalışırdım, dərslərimə həmişə hazırlıqlı olurdum. Məktəbin son siniflərində isə artıq həm universitetləri araşdırır, həm də hansı universitetdə daha çox inkişaf etdirə bilərəm deyə düşünürdüm. Çox keçmədi ki, bu araşdırma prosesinin məni nə qədər yorduğunu və dərslərimə yaxşı fokuslana bilmədiyimin fərqinə vardım. Bu səbəblə də mənə bu barədə kömək edə biləcək şirkət axtarırdım ki, qarşıma “İnterstudent” təhsil mərkəzi çıxdı. Dəyərli mütəxəssislərin hərtərəfli dəstəyi və motivasiyası ilə SAT və TOEFL imtahanlarından yüksək bal yığdım. Və çəkdiyimiz  əziyyətlərin qarşılığı olaraq hal-hazırda istədiyim universitetetin arzuladığım ixtisasında- “Orta Doğu Teknik Üniversite”ində inşaat mühəndisliyi ixtisası üzrə təhsilimi davam etdirirəm.  Xaricdə təhsil üçün universitet seçimindən tutmuş tələbə şəhərciklərinə yerləşməyə qədər göstərilən bütün xidmətlərə görə “İnterstudent” təhsil mərkəzinə təşəkkür edirəm.

Nicat Rəşidli