Niyazi Babaşov

Həkim olmaq, xəstələri müalicə etmək hamımızın uşaqlıq arzusudur. Böyüdükcə isə işlər xəyal etdiyimiz qədər rahat və asan şəkildə həyata keçmir. Hər bir kəsin  uğur qazanmaq üçün doğru insanların əhatəsində, düzgün yetişməsi lazımdır. Məktəb həyatım Zəngi Liseyində keçib və buradan məzun olmuşam. Aşağı siniflərdən başlayaraq həkim olmaq xəyalım haqqında çox düşünür, çoxlu xəyallara dalardım. Eyni zamanda bacardığım qədər kimya və biologiya fənlərini dərindən mənimsəməyə çalışırdım. Məktəbin son illərində xaricdə təhsillə bağlı bir çox bloqlar, məqalələr oxuyurdum və bununla bağlı çoxlu araşdırmalar edirdim. Nəhayət, xaricdə təhsil almaq qərarına gəlmişdim. Bu zamanda isə apardığım araşdırmalar nəticəsində bu səhədə ən yaxşı şirkət olan “İnterstudent” xaricdə təhsil mərkəzini tapdım. İşini həvəslə və zəhmlə görən mütəxəssis  heyətinin dəstəyi ilə, SAT və TOEFL imtahanlarına hazırlaşdım və uğurlu nəticə əldə etdim. Bütün bunlardan sonra isə ən həyəcanlı məqam universitet seçimi idi. “İnterstudent” xaricdə təhsil mərkəzinin peşəkar mütəxəssislərinin köməyi ilə universitet seçiminlərini etdik. Və mən Türkiyənin ən məşhur və əvəzolunmaz professor heyətinə sahib olan “Hacettepe Universitesi”-nin  tibb ixtisasına qəbul aldım. Bu gün isə təhsilimi uğurla davam etdirir, yaxşı həkim olmaq üçün əlimdən gələni edirəm. Bütün bu imkanları mənə yaratdığı  üçün isə “İnterstudent” xaricdə təhsil mərkəzinin dəyərli mütəxəssis heyətinə öz təşəkkürümü bildirirəm.

Niyazi Babaşov
Niyazi Babaşov