• İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Ölkələr > Polşada Təhsil

Polşada Təhsil

  • 08 May 2021
  • Posted by: Interstudent
  • Category: Ölkələr
1 Şərh

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

İqtisadi inkişaf və təhsil səviyyəsinə görə Mərkəzi Avropa regionunda öndə gedən Polşa öz universitetlərində xarici tələbələrin təhsil alması üçün çoxsaylı imkanlar yaradır. Hər il minlərlə Azərbaycanlı tələbələr Polşa universitetlərində ali təhsil almaq üçün müraciət edirlər.

Bəs öz spesifikliyi ilə xarici tələbələri cəlb edən Polşada təhsil sistemi necədir?

Ümumiyyətlə Polşa təhsilinin tarixi 14-cü əsrə qədər gedib çıxır. İlk universitetlərdən biri olan Jagiellon Universiteti 1364-cü ildə yaradılmışdır. Hal-hazırda Polşada 400-dən çox ali təhsil müəssisəsi vardır ki, bunların əksər hissəsi xarici tələbələr üçün bakalavr təhsili təklif edir. Universitetlərdə təhsil xərcləri bir çox  Avropa ölkələrinə nisbətən sərfəlidir və əksər ixtisas proqramları üzrə təqaüd proqramları (scholarship) mövcuddur.  Universitet ödənişləri isə təshil pillələrinə görə fərqlənir:

  • Bakalavr təhsili üçün illik 500-6000€
  • Magistr proqramı üçün illik 1000-8000€
  • Doktorantura təhsili üçün illik 3000€

Polşa təhsil sistemi haqqında müəyyən qədər məlumat əldə etdikdən sonra Azərbaycanlı tələbələri daha bir sual daha düşündürə bilər:

Polşada Təhsil
Nəyə görə Polşa

Niyə Polşada ali təhsil almalıyam?

  • Beynəlxalq arenada tanınan universitetlərdə yüksək keyfiyyətli təhsil almaq imkanı qazanırsınız.
  • Polşa universitetlərinin diplomları əksər ölkələrdə keçərlidir.
  • İqtisadi güc mərkəzi olan Avropanın Mərkəzi hissəsində təhsil təcrübəsi əldə edəcəksiniz.
  • Universiteti bitirdikdən sonra karyera imkanlarınız əhəmiyyətli dərəcədə artacaq
  • Təhsil ödənişləri və yaşam xərcləri tələbə büdcəsinə uyğun şəkildədir.
  • Çoxəsrlik mədəniyyət tarixi olan şəhərlərdə yaşamaqvə səyahət etmək şansı qazanırsınız

Polşada təhsil almaq üçün hansı sənədlər tələb olunur?

  • Polşada qəbul aldığınız universitetdən rəsmi qəbul haqqında məktub
  • Ümumvətəndaşlıq pasportu
  • İngilis dilində təhsil üçün IELTS, TOEFL, SAT və ya digər beynəlxalq sertfikatlar
  • CV yaxud Rezyume
  • Bakalavr pilləsinə müraciət üçün bitirdiyiniz orta məktəbdən Attestat
  • Magistr təhsili üçün bitirdiyiniz universitet diplomu
  • Maraq məktubu (Statement of Purpose)
  • Tövsiyə məktubu ( minimum 2 müxtəlif şəxs tərəfindən yazılmış)
  • Sənəd şəkli(3*4 ölçüdə)
  • Həyat sığortası şəhadətnaməsi
Polşaya hansı sənədlər lazımdır

Polşada yaşam xərcləri hansı qiymətdədir?

Xarici universitetlərdə təhsil almaq istəyən tələbələrə əsas lazım olan məlumat, qəbul olduqları ölkədə yaşam xərclərinin səviyyəsidir. Polşa, tələbə büdcəsinə münasib yaşam şəraitinə malik ölkələrdəndir. Yataqxana qiymətləri 60€-dan başlayır. Universitetlər tərəfindən xarici tələbələrə ictimai nəqliyyat üçün endirim-güzəşt kartları təşkil edilir. Bu güzəştlərdən tələblər ilkin cüzi ödəniş etməklə 6 aylıq müddətində pulsuz yararlana bilərlər. Kommunal xərclər 50-100€ arasındadır. Ümumi götürsək, bir tələbəyə aylıq xərclərini qarşılamağa 450-650€ kifayət edir.

Çoxəsrlik universitetləşmə  təcrübəsi olan və xarici tələbələrə sərfəli şərtlərlə ali təhsil təqdim edən Polşada təhsil almaq istəyirsinizsə, bizə müraciət etməyiniz kifayətdir. Gərəkli bütün proesdurları həyata keçirəcik və xaricdə təhsil arzunuzu bizimlə reallaşdıracaqsınız.

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

İnterstudent

interstudent.az

interstudent Polşada təhsil polsadatehsilalmaq polsadatehsilqiymetleri polsadatehsilsistemi polsadateqaudlutehsil xaricdə təhsil

1 Şərh

  • Fuad
    29 May 2021 at 17:21 Reply

    Salam.Men xaricdə təhsil almaq isdəyirəm amma maddiyat imkan vermir mence buna potensialımda çatır xaiş edirem mene kömek etsəz sizə minnətdar olaram isdəyirsizsə imtahan edə bilərsiniz 1-ci ixtisaz qrupuyam. Xaiş edirəm mənə cavab yazın.

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə
Search