Xaricdə təhsil almaq barədə düşünürsünüzsə. çox güman SAT imtahanı haqqında eşitmisiniz. SAT (Scholastic Aptitude Test) beynəlxalq sertifikatlaşdırma imtahanı olmaqla, Türkiyə, ABŞ və Azərbaycanın ADA , UNEC, Xəzər kimi universitetlərin bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan təhsil göstəricidir. Dünyada ilk dəfə ABŞ-da 1926-cı ildə tətbiq edilmişdir. 1933-cu ilə qədər az-az istifadə olunsa da, Harvard prezidenti SAT test sistemini təqaüd proqramlarına qoşulmaq üçün tələb kimi müəyyən etmişdir, çünki o, inanırdı ki, SAT göstəricisi tələbələrin intellektual potensialını ölçmək üçün ən effektiv metoddur.

SAT İMTAHANI NEÇƏ HİSSƏDƏN İBARƏTDİR?
Hal-hazırda SAT imtahanı iki hissəyə bölünür: Reasoning test(SAT 1) və Subject test (SAT 2). SAT 1 imtahan nəticəsi xaricdə təhsil almaq üçün ən çox tələb olunan göstəricidir, 3 hissədən ibarətdir: Math, Critical Reading və Writing.
SAT 2 isə nisbətən daha az və spesifik təhsil müəssisələri tərəfindən istənilir, xüsusi fənn biliklərinin (fizika, tarix, kimya, biologiya və s.) yoxlanılması məqsədi daşıyır.
Türkiyə Universitetlərinə qəbul olmaq istəyirsinizsə, SAT imtahanından iki hissə ( Riyaziyyat və Criticial Reading) kifayət edəcəkdir, lakin ABŞ ali təhsil müəssisələri üçün Writing bölməsiylə birlikdə hər üç hissə üzrə SAT imtahanı verməyiniz tələb olunur.
SAT 1 imtahanında əsas tələbələrin mövcud bacarıqları, SAT 2 imtahanında isə nailiyyət göstəricisi test olunur. SAT 1 imtahanında məntiqi təfəkkürdən daha çox bilik səviyyəsi yoxlanılır. Bu mənada deyə bilərik ki, SAT 1 test prosesində ümumi biliklər, SAT 2-də isə mövzu üzrə spesifik biliklər test edilir.
SAT 1 imtahan müddəti 3 saat 50 dəq (Reading – 65 dəq., Writing – 35 dəq., Riyaziyyat – 80 dəq., əlavə olaraq 50 dəq essay (inşa yazısı üçün verilir)), SAT Subject Test (SAT 2) zamanı isə müddət 1 saatdır.
SAT 1 imtahan sualları 4 variantlı testlərdən ibarətdir. SAT 2-də isə suallar 5 variantlı testlərdən təşkil olunur. SAT 1 imtahanında səhv etmək şansınız vardır, səhv cavablarınız düz cavablarınıza təsir etməyəcək, lakin SAT 2-də səhv düzü aparır.

SAT İMTAHANINDA TOPLAYA BILƏCƏYIM BALLAR NƏ QƏDƏRDIR?
Criticial Reading və Riyazi hissə üçün toplanılacaq maksimum göstərici 1600 (hər bölmə üçün 800) baldır.
SAT 2 imtahanında isə spesifik fənnlər üzrə toplaya biləcəyiniz bal 200-800 arasında dəyişir. Ancaq ABŞ ali təhsil müəssisələri tərəfindən tələb edilən bu imtahanda hazırlaşacağınız fənnləri seçdiyiniz universitetin administrativ tədris tələblərinə əsasən müəyyən edəcəksiniz.
SAT imtahan nəticəsi üçün hazırlaşmağa ingilis dili tələbi B2, yəni upper intermediate-dir. SAT sertifikatı növbəti 2 il müddətində etibarlıdır.
Türkiyə və ABŞ universitetlərində istədiyiniz ixtisas üzrə bakalavr təhsili almaq niyyətindəsinizsə, çox düşünmədən bizə müraciət edin. Qəbul üçün əsas tələb olan SAT imtahanından yüksək nəticə əldə etməyiniz üçün gərəkli olan nədirsə, Sizlər üçün sevə-sevə edək 🙂
Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?
Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
- Orta məktəb attestatı;
- 3×4 fotoşəkil;
- Xarici passport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?
Təqdim olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.
Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?
Şirkətimiz sizə Türkiyədə attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.
Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?
Türkiyə ilə yanaşı, Ukrayna, Belarusiya Polşa kimi bir çox Avropa ölkələrinin universitetlərinə qəbul prosesi həyata keçirilir.
Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?
Xarici ölkələrdə təhsillə bağlı təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Ödənişsiz konsultasiya xidmətləri;
- İstənilən universitet və ixtisasa qəbul;
- Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;
- Viza alınmasında dəstək;
- Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.
- Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?
Şirkətimiz sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.
Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?
Türkiyədə magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:
- ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
- TOEFL (Test of English as a Foreign Language)
Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?
Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:
- YÖS (Yabancı Öğrenci Sınavı)
- SAT (Scholastic Aptitude/Assessment Test)
- TÖMER ( Türk dili haqqında sertifikat)
Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.