+994 55 207 46 32

Selcan Qasımova

Xaricdə təhsil almağı məktəb vaxtlarımdan arzu edirdim. Riyaziyyatla bağlı olan fənləri çox sevirdim, ev tapşırıqlarımı həmişə həvəslə və əzmlə edirdim. Axı uşaqlıqdan bir xəyalım var idi- Xaricdə təhsil almaq.Bunun üçün çox çalışırdım, hazırlaşırdım. Lakin, bu yetərli deyildi. Uğurlu universitet və ixtisas seçimi etmək üçün və ümumiyyətlə imtahanlara hazırlaşmaqda mənə kömək  olmaq  üçün mütəxəssislərə ehtiyacım var idi. Araşdırmalar etməyə başladım və çox qısa bir zaman ərzində “İnterstudent” xaricdə təhsil mərkəzini tapdım. İlk görüşlərimizdən kollektivin peşəkarlığı məndə güvən hissi yaratmışdı. “İnterstudent” mənim tam olaraq bütün gözləntilərimi doğrultdu. Nəticədə dəyərli və öz işini peşəkarlıqla görən müəllimlərin sayəsində  SAT və TOEFL imtahanlarından kifayət qədər yüksək nəticə əldə etdim. Zəhmətimizin qarşılığı olaraq isə, çox keçmədən Türkiyənin “Ankara Yıldırım Beyazit Universitesi”-nin  maliyyə ixtisasına qəbul oldum. Oxuduğum universitetdən və ixtisasımın mənə qatdığı dəyərdən çox razıyam, nə yaxşı ki, “İnterstudent” təhsil mərkəzini seçmişəm. Bütün kollektivə dəstəkləri üçün çox təşəkkür edirəm.

Selcan Qasımova