Azərbaycan Respublikasının Təhsil Sisteminə əsasən ali məktəblərə qəbul imtahanı bir neçə mərhələdə həyata keçirilir. Bu məsələlərlə Dövlət İmtahan mərkəzi məşğul olur. Bəs köhnə TQDK, hazırki DİM imtahan nəticəsi ilə nələr mümkündür?
Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə qəbul olmaq üçün minimum keçid balı 200 olmaqla 700 bal üzərindən müxtəlif miqdarda bal toplayaraq nəticə qazanmaq gərəklidir.
Son islahatlara əsasən DİM imtahanı iki mərhələdən ibarətdir.
Bu imtahan nəticəsi ilə xaricdə təhsil almaq da mümkündür. DİM imtahanı verib müəyyən bal toplasanız, Türkiyə universitetlərində ali təhsil ala bilərsiniz.
Qardaş ölkə Türkiyədə mövcud olan Türk Təhsil Qanununa görə universitetə qəbul olmaq istəyən hər bir xarici vətəndaş mütləq qəbul imtahanı verməlidir. Giriş imtahanı YÖS, SAT I, SAT II və ya TQDK (hazırki DİM) ola bilər və bu əsasən dövlət universitetləri üçün keçərlidir. YÖS və SAT I demək olar ki, bütün universitetlərdə keçərlidir, amma bəzi dövlət universitetləri SAT I istəməyə bilər.
Siz də TQDK imtahanı ilə xaricdə, xüsusən də Türkiyə universitetlərində bakalavr oxumaq istəyirsinizsə, imtahandan müəyyən qədər bal toplayın, Türkiyədə təhsil xidmətlərimizdən elə indi yararlanın!
