Son illər dünya ölkələrində, eləcə də Azərbaycanda xaricdə təhsil almaq məsələsi trend mövzuya çevrilmişdir. Yerli tələbələrimizin ən çox xaricə oxumağa getdikləri ölkə qardaş dövlət Türkiyədir. Türkiyə ali təhsil müəssisələri inkişaf etmiş ölkələr səviyyəsində tədris xidmətləri təklif edir. Ölkədə 206 universitet vardır ki, onlardan 129-u dövlət, 77-si özəldir. Universitetlərdə xarici tələbələr seçimlərindən asılı olaraq həm ingilis, həmçinin türk dilində təhsil ala bilərlər.
Bəs nəyə görə Türkiyədə ali təhsil almağa dəyər?
- Təhsil-tədris standartlarının yüksək keyfiyyətli olması
- Dünya keyfiyyətli təhsil sıralamasında ilk 1000 universitetdən 18-i Türk universitetləridir.
- Universal və istəyə uyğun çoxsaylı ixtisas proqramlarının mövcudluğu
- Universitetlərə qəbul prosedurunun olduqca sadə və qısamüddətli olması
- Yaddaşlardan silinməyəcək tələbə həyatı, tələbələrə dövlət tərəfindən ümumi tələbə xərcləri cəhətdən bir çox güzəştlərin edilməsi
- Beynəlxalq arenada tanınan universitet diplomları
- Tələbə büdcəsinə uyğun və güvənilir təhsil almaq imkanı
- Türk qonaqvərliyi və mehriban sosial mühit sayəsində ölkəyə qısa vaxtda adaptasiya edə bilmək
- Tələbə xərclərinə uyğun yaşayaış imkanları
Türkiyə dövlət universitetlərində xarici tələbələr üçün təhsil ödənişləri 200-950 AZN arası dəyişir. Türkiyədə təqaüdlü təhsil almaq üçün burslara, yəni təqaüd proqramlarına müraciət edə bilərsiniz. Göstəriciləriniz yüksəkdirsə, təqaüd qazanmaq şansınız çoxalır.
Türkiyə universitetlərinə qəbul olmaq üçün nələr tələb olunur?
- Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən Attestat
- 9,10,11-ci siniflər üzrə qiymət cədvəli (Transkript)
- Magistr təhsili üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
- Şəxsiyyət vəsiqəsi
- Ümumvətəndaşlıq pasportu
- 8 ədəd 3*4 sm ölçüdə sənəd şəkli
- 8 ədəd 4.5*6 sm ölçüdə sənəd şəkli
- Sağlamlıq haqqında şəkilli arayış
- Türkiyədə ingilis dilində təhsil almaq üçün TOEFL və SAT imtahan göstəricisi
- 18 yaşınız tamam olmayıbsa, o zaman notariusdan ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsi
Türkiyədə yaşam xərcləri nə qədər təşkil edir?
Türkiyə universitetlərinin əksəriyyəti xarici tələbələri yaşayış yeri ilə təmin edir. Yataqxanaların qiyməti 130 AZN-dən başlayır. Qida xərclərinə gəldikdə, yaşayış yerlərinin ətrafında hər büdcəyə uyğun marketlər yerləşir. Öz qida rsionunuza və büdcənizə uyğun arzulanan alış-veriş edə bilərsiniz. Nəqliyyat xərcəri cəhətdən xarici tələbələrə bir çox güzəçtlər edilir. Xüsusi endirimli tələbə gediş kartı və s. Ümumiyyətlə Türkiyədə ictimai nəqliyyat sistemi yaxşı qurulmuşdur.
Sadalananları belə ümumiləşdirə bilərik ki, bir tələbə üçün qida, yaşayış, nəqliyyat və digər bu kimi xərclər daxil olmaqla ortalama 350 – 800 AZN arası maliyyə imkanı kifayət edir.

Bizim xidmətlərimiz

Ödənişsiz təhsil konsultasiyası

Universitetə qəbulların alınması

Viza alınmasında dəstək

Türkiyədə qarşılanma

Yaşayış məskənlərinə yerləşdirilmə

Miqrasiya işlərində köməklik

Öz spesifik və keyfiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.
Cəfər Cabbarlı 44, Caspian Plaza 1-ci korpus 7-ci mərtəbə
Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?
Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
- Orta məktəb attestatı;
- 3×4 fotoşəkil;
- Xarici passport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?
Təqdim olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.
Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?
Şirkətimiz sizə Türkiyədə attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.
Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?
Türkiyə ilə yanaşı, Ukrayna, Belarusiya Polşa kimi bir çox Avropa ölkələrinin universitetlərinə qəbul prosesi həyata keçirilir.
Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?
Xarici ölkələrdə təhsillə bağlı təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Ödənişsiz konsultasiya xidmətləri;
- İstənilən universitet və ixtisasa qəbul;
- Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;
- Viza alınmasında dəstək;
- Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.
- Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?
Şirkətimiz sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.
Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?
Türkiyədə magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:
- ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
- TOEFL (Test of English as a Foreign Language)
Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?
Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:
- YÖS (Yabancı Öğrenci Sınavı)
- SAT (Scholastic Aptitude/Assessment Test)
- TÖMER ( Türk dili haqqında sertifikat)
Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.