Azərbaycanlı tələbələrin xaricdə oxumağa getdiyi ölkələrin başında Türkiyə dayanır. Beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil, çoxsaylı ixtisas proqramlarının mövcudluğu, milli, sosial, mədəni və s. cəhətlərdən bağlılığımız və digər əsaslı səbəblərə görə yerli tələbələrimiz Türkiyə universitetlərini seçirlər.
Türkiyə universitetlərinə qəbul şərtləri digər ölkələrdən daha asandır. Burada bəzi təhsil tələbləri mövcuddur. Bunlardan biri YÖS imtahan nəticəsidir. YÖS imtahanı xarici tələbələrin Türkiyənin dövlət və bəzi özəl universitetlərinə bakalavr pilləsinə qəbul olmaq üçün gərəkli olan göstəricidir. Hər il Türkiyənin fərqli ali təsil müəssisələrinə 5 minə qədər tələbə YÖS imtahanı verərək daxil olur.

Ümumiyyətlə YÖS imtahanı 1981-ci ildən bu yana təşkil edilir. 2010-cu ildə YÖS imtahanının ümumi şəkildə keçirilməsi ləğv olunmuşdur. Əvəzində hər bir Türk universiteti öz daxili YÖS imtahan proqramını həyata keçirir. Bundan əlavə, Azərbaycanda da YÖS imtahan proqramı təşkil edilir. YÖS imtahanı iki mərhələdən ibarət olur:
- Riyaziyyat və məntiq
- Türk dili
Sualların sayını və imtahanın davametmə müddətini hər universitet özü təyin edir. Ümumi olaraq 45 sual məntiq, 35 sual riyaziyyatdan olur. İmtahan müddəti 90 dəqiqədir. Tədris dili Türk dili olacağından dil bilikləri də yoxlanılır. 2-ci mərhələdə türk dilindən 60 sual verilir, imtahanın davametmə müddəti isə 60 dəqiqə olur.
Əksər hallarda 60+ bal yığan tələbələr güzəştli şərtlərlə Türkiyədə oxumaq şansı qazanırlar.
Əgər YÖS imtahanından yüksək bal yığaraq arzu etdiyiniz Türkiyə univeristetində təhsil almaq istəyirsinizsə, sadəcə Bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi olaraq gərəkli olan bütün köməkliyi göstərək.
Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?
Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:
- Orta məktəb attestatı;
- 3×4 fotoşəkil;
- Xarici passport;
- 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;
Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?
Təqdim olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.
Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?
Şirkətimiz sizə Türkiyədə attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.
Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?
Türkiyə ilə yanaşı, Ukrayna, Belarusiya Polşa kimi bir çox Avropa ölkələrinin universitetlərinə qəbul prosesi həyata keçirilir.
Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?
Xarici ölkələrdə təhsillə bağlı təqdim etdiyimiz xidmətlərə aşağıdakılar daxildir:
- Ödənişsiz konsultasiya xidmətləri;
- İstənilən universitet və ixtisasa qəbul;
- Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;
- Viza alınmasında dəstək;
- Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.
- Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi
Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?
Xarici universitetlərdə ortalama təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.
Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?
Şirkətimiz sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.
Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?
Türkiyədə magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:
- ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
- TOEFL (Test of English as a Foreign Language)
Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?
Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:
- YÖS (Yabancı Öğrenci Sınavı)
- SAT (Scholastic Aptitude/Assessment Test)
- TÖMER ( Türk dili haqqında sertifikat)
Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.