Search
  • İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Hidden > İngilis dilini öyrənmək problemi – Yaxşı dil kursu necə olmalıdır?

İngilis dilini öyrənmək problemi – Yaxşı dil kursu necə olmalıdır?

  • 13 Dekabr 2021
  • Posted by: Interstudent
  • Category: Hidden
Şərh edilməmiş

İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra lider dövlətlərində dövlət dili olmaqla yanaşı, milyonlarla insanın da ikinci dilidir. Əhatə dairəsi bu qədər böyük olduğuna görə İngilis dilinə olan tələbat da buna müvafiq olaraq çoxdur. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Mənşə etibarilə Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin birinci versiyası indiki halından tamam fərqlənir. Əsrlər ərzində əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər hesab olunur. Dəyişikliklərin səbəbi isə tarix boyunca baş verən daimi istilalardır.

Bir müddətdir ki, İngilis dili bilməyin vacibliyi dedikdə düşünülən səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.

Xarici dil öyrənmək dünyagörüşünüzə müsbət təsir etməklə bərabər daha böyük kütləyə müraciət etmək şansı da yaradır. Siz savadınızı göstərməklə bərabər İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Dünyanın qlobal dili olan İngilis dilini öyrənmək və bu dildə sərbəst şəkildə danışmaq bir çox insanın arzusudur. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə hər zaman rahatlıqla yeni ünsiyyət yaradacaq gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında 1 addım öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.

Yaxşı ingilis dili kursu necə olmalıdır?

Hazırki zamanda ingilis dili kurslari ətrafımızda addım başı rast gələcəyiniz məkana çevrilmişdir. Əsasən böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər bəsit deyil. Əgər xarici dil öyrənməyi qarşınıza məqsəd olaraq qoymusunuzsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə xərcləməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara diqqət yetirmək lazımdır. Məsələn:
İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır.

İstənilən kursda ingilis dili dərslərinə yazılmaq istəyirsinizsə sizi maraqlandıran ilk sual qrupunuzda neçə tələbənin olacağıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha münasibdir. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı mənimsədər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dili bilmə səviyyəniz “elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha faydalı olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox kömək edəcək.

Kursda sizə dərs deyəcək müəllimin dərsi başa salma metoduolmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq səviyyə testindən keçməli və müəllimin dərsi necə izah etməyini görməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu qavraya bilmirsinizsə, çox sadə… Başqa müəllim axtarın.

Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə fikir verin. Əgər dili danışıq üçün öyrənirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə