• İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Ölkələr > Latviyada Təhsil

Latviyada Təhsil

  • 08 May 2021
  • Posted by: Interstudent
  • Category: Ölkələr
Şərh edilməmiş

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

Latviya Şimali Avropanın Baltikyanı ölkələrindən biridir. Ölknin ərazisi kiçik olmasına baxmayaraq, kifayət qədər inkişaf edən  iqtisadiyyata malikdir. Təxminən 2 milyon əhalisi var, onların çoxu latış və ingilis dillərində danışır. Latviyada təhsil sistemi uzunmüddət ərzində təşəkkül tapmışdır. Ölkədə universitetləşmə səviyyəsi olduqca yüksəkdir. 58 ali təhsil müəssisəsində  hər 3 təhsil  pilləsi tədris edilir. Latviya universitetlərində bakalavr təhsili 3-4 il, magistr 1-2 il, doktorantura isə 3-4 il müddətində olur. Hər il 5500-ə qədər xarici tələbə, o cümlədən Azərbaycan gəncləri  çoxsaylı ixtisaslar üzrə Latviya universitetlərində oxumaq üçün müraciət edirlər. Ölkənin təhlükəsiz şəraiti, yüksək keyfiyyətli təhsil imkanları, büdcəyə uyğun təhsil, yaşam xərclərinin olması və s. faktorlar Latviyanı ali təhsil sahəsində öncül mövqeyə gətirir.

Latviyada universitet ödənişləri aşağıdakı kimidir:

  • Bakalavr üzrə 3000-7000€
  • Magistr üzrə maksimum 9000€
  • Doktorantura üzrə 1200-1500€
Latviyada Təhsil
Layviya hansı sənədlər lazımdır

Latviyada təhsil üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr diplomu və ya Transkript
  • Europass saytında hazırlanmış CV
  • Motivasiya məktubu
  • Universitet müəllimləri tərəfindən yazılmış 2 ədəd Tövsiyə məktubu (Recommendation letter)
  • Universitetə qəbul olmağınız barədə məktub (Acceptance letter)
  • Akademik səviyyədə xarici dil biliyinizi təsdiqləyən serfitikat ( IELTS, TOEFL və s.)
  • Xarici pasport
  • 6 ədə 35*45 ölçüdə sənəd şəkli

QEYD: Bəzi hallarda universitetlər daxili inzibati qaydalarına əsasən fərqli sənədlər tələb edə bilər.

Latviyada yaşayış xərcləri

Latviyada yaşam xərcləri digər Avropa ölkələrinə nisbətən əlverişlidir. Xarici tələbələri   çox zaman universitetlər yataqxanalarla təmin edir. İctimai nəqliyyat cəhətdən isə ali təhsil müəssisələri xarici tələbələri xüsusi endirim kartları ilə təmin edir. Yaşayacağınız ərazidən, şəhərdən asılı olaraq fərqli aylıq yaşayış xərcləriniz ola bilər. Ümumi götürsək, bir tələbə üçün yaşayış yeri, qida, nəqliyyat və kommunal xərcləri daxil olmaqla aylıq ortalama 450-700€ kifayət edir.

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

İnterstudent

interstudent.az

latviyadabakalavrtehsili latviyadamagistrtehsili latviyalatviyadatehsilqiymetleri latviyatehsil

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə
Search