• İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Ölkələr > Türkiyədə Təhsil

Türkiyədə Təhsil

  • 08 May 2021
  • Posted by: Interstudent
  • Category: Ölkələr
11 Şərh

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

Xaricdə təhsil günümüzdə əksər tələbələrin əsas arzusuna çevrilmişdir.  Son illər dünya ölkələrində, eləcə də Azərbaycanda xaricdə təhsil almaq məsələsi trend mövzuya çevrilmişdir.  Yerli tələbələrimizin ən çox xaricə oxumağa getdikləri ölkə qardaş dövlət Türkiyədir. Qədim bir tarixə  malik olan Türkiyə Şərq və Qərbin kəsişməsində yerləşir. Dil, mədəniyyət, adət-ənənə və s. cəhətdən bağlılığımız, inkişaf edən iqtisadiyyat və təhsil sistemi, əhalinin qonaqpərvərliyi, mehribanlığı  və Türkiyənin bölgədə ən təhlükəsiz ölkələrdən biri olması Azərbaycanlı  tələbələrin Türkiyəni seçmə şansı artır. Türkiyə ali təhsil müəssisələri   inkişaf etmiş ölkələr səviyyəsində tədris xidmətləri təklif edir.  Ölkədə 206 universitet vardır ki, onlardan 129-u dövlət, 77-si özəldir. Universitetlərdə xarici tələbələr seçimlərindən asılı olaraq həm ingilis, həmçinin türk dilində təhsil ala bilərlər.

Türkiyədə təhsil
Türkiyədə təhsil

Bəs nəyə görə Türkiyədə ali təhsil almağa dəyər?

  • Təhsil-tədris standartlarının yüksək keyfiyyətli olması
  • Dünya keyfiyyətli təhsil sıralamasında ilk 1000 universitetdən 18-i Türk universitetləridir.
  • Universal və istəyə uyğun çoxsaylı ixtisas proqramlarının mövcudluğu
  • Universitetlərə qəbul prosedurunun olduqca sadə və qısamüddətli olması
  • Yaddaşlardan silinməyəcək tələbə həyatı,  tələbələrə dövlət tərəfindən ümumi tələbə  xərcləri cəhətdən bir çox güzəştlərin edilməsi
  • Beynəlxalq arenada tanınan universitet diplomları
  • Tələbə büdcəsinə uyğun və güvənilir təhsil almaq imkanı
  • Türk qonaqvərliyi və mehriban sosial mühit sayəsində ölkəyə qısa vaxtda adaptasiya edə bilmək
  • Tələbə xərclərinə uyğun yaşayaış imkanları

Türkiyə dövlət universitetlərində xarici tələbələr üçün  təhsil  ödənişləri 200-950 AZN  arası dəyişir. Türkiyədə təqaüdlü təhsil almaq üçün burslara, yəni təqaüd proqramlarına müraciət edə bilərsiniz. Göstəriciləriniz yüksəkdirsə, təqaüd qazanmaq şansınız çoxalır.

Türkiyə universitetlərinə qəbul olmaq üçün nələr tələb olunur?

 

  • Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən Attestat
  • 9,10,11-ci siniflər üzrə qiymət cədvəli (Transkript)
  • Magistr təhsili üçün bitirdiyiniz universitetdən bakalavr diplomu
  • Şəxsiyyət vəsiqəsi
  • Ümumvətəndaşlıq pasportu
  • 8 ədəd 3*4 sm ölçüdə sənəd şəkli
  • 8 ədəd 4.5*6 sm ölçüdə sənəd şəkli
  • Sağlamlıq haqqında şəkilli arayış
  • Türkiyədə ingilis dilində təhsil almaq üçün TOEFL və SAT imtahan göstəricisi

18 yaşınız tamam olmayıbsa, o zaman notariusdan ölkədən çıxış üçün ata və ananın razılıq ərizəsi

QEYD: Universitetlərin daxili administrativ qaydalarına əsasən əlavə sənədlər tələb oluna bilər.

Türkiyədə yaşam xərcləri nə qədər təşkil edir?

Türkiyə universitetlərinin  əksəriyyəti xarici tələbələri yaşayış yeri ilə təmin edir. Yataqxanaların qiyməti 130 AZN-dən başlayır. Qida xərclərinə gəldikdə, yaşayış yerlərinin ətrafında hər büdcəyə uyğun marketlər yerləşir.  Öz qida rsionunuza və büdcənizə uyğun arzulanan alış-veriş edə bilərsiniz. Nəqliyyat xərcəri cəhətdən  xarici tələbələrə bir çox güzəçtlər edilir. Xüsusi endirimli tələbə gediş kartı və s. Ümumiyyətlə Türkiyədə ictimai nəqliyyat sistemi yaxşı qurulmuşdur.

Sadalananları belə ümumiləşdirə bilərik ki, bir tələbə üçün qida, yaşayış, nəqliyyat və digər  bu kimi xərclər daxil olmaqla ortalama 350 – 800 AZN arası maliyyə imkanı kifayət edir

Türkiyəyə hansı sənədlər lazımdır

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

İnterstudent

interstudent.az

interstudent təhsil turkiyedealitehsil turkiyedeingilisdilindetehsil turkiyedetehsilalmaqucunneetmeli turkiyedetehsilqiymetleri turkiyedetehsilucunlazimolansenedler turkiyedeteqaudlutehsil turkiyeuniversitetlerindetehsilhaqqi Türkiyədə təhsil xaricdə təhsil

11 Şərh

  • Rauf
    17 May 2021 at 08:25 Reply

    Salam, Türkiyə də qiyabi bakalavr maliyyə kredit, bank işi burda tanınan diplom almaq üçün nə etmək lazımdır? Məsələn, illik təhsil haqqı, ofis xərci, hansı sənədlər !

  • İsmayıl
    27 May 2021 at 07:58 Reply

    Salam.İstanbul Univerisitetinə İngilsdili üzrə Atestatla Qəbul olmaq olur?

  • Aytac
    28 May 2021 at 06:04 Reply

    Salam Mən Türkiyədə ödənişsiz təhsil almaq istəyirəm.
    Hal hazırda 11ci sinifdə oxuyuram və türk dilini də mükəmməl bilirəm.

  • Mətanıt
    29 May 2021 at 06:10 Reply

    Hansı kolleclərə yalnız atestatla qəbul olmaq olar? Qəbul qaydalarının zamanı və makını haqda necə məlumat almaq olar?

  • Ceyhun
    17 İyun 2021 at 17:53 Reply

    Salam. Magistir tehsili almaq istiyirem xaricde esasen Turkiye. Dövlet universiteti olsa daha yaxşı.

  • Zenure
    21 İyun 2021 at 19:11 Reply

    Salam,men Turkiye universitetinde tehsil almaq isteyirem.attestatla,yalniz burda distant tehsil almaq isteyirem.hansi universitetde bu haqq mumkundur?

  • Günay
    16 İyul 2021 at 19:57 Reply

    Salam,Hüquq fakültəsinjşin magistaturasını Türkiyədə oxuyub,daha sonra Azərbaycanda işləmək mümkündürmü?

  • Gulsən
    26 İyul 2021 at 18:47 Reply

    Salam kolecc bitirənlər turkiyədə təhsil ala bilər ?? Və hansi imtahanlar lazimdi ?

  • Gulu
    26 İyul 2021 at 18:47 Reply

    Salam kolecc bitirənlər turkiyədə təhsil ala bilər ?? Və hansi imtahanlar lazimdi ? İmtahanlar nə vaxtdi ?

  • Pervin
    31 Avqust 2021 at 17:35 Reply

    Salam men türkiyede tehsil almağ isdiyrem 9 cu sinif atistatıyla hardasa tehsiı ala bilərəm??

    • Interstudent
      15 Sentyabr 2021 at 15:52 Reply

      Xeyr, hal-hazırda 9-cu sinif attestatı ilə xaricdə təhsil mümkün deyil.

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə
Search