• İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Ölkələr > Ukraynada Təhsil

Ukraynada Təhsil

  • 08 May 2021
  • Posted by: Interstudent
  • Category: Ölkələr
1 Şərh

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

Xaricdə təhsil almaq məqsədilə hər il minlərlə Azərbaycanlı tələbələr Ukrayna universitetlərinə oxumağa gedirlər.  Uzunmüddətli təhsil təcrübəsi, çoxsaylı ixtisas proqramlarının mövcudluğu, Avropa ölkələri səviyyəsində keyfiyyətli təhsil imkanı, tələbə büdcəsinə uyğun təhsil, yaşayış şərtlərinin olması Azərbaycanlı tələbələrin Ukrayna Respublikasında ali təhsil almaq imkanlarını genişləndirir. Gəlin Ukrayna təhsil sistemiylə daha yaxından tanış olaq.

Ukraynada Təhsil

Ukrayna Təhsil Sistemi

1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Ukrayna hökuməti elə bu zamanlardan ölkənin inkişafına diqqət yetirməyə başladı. Nəticədə bu gün Ukrayna Şərqi Avropa regionunda yaxşı inkişaf etmiş dövlətlərdən sayılır. İqtisadiyyatın bir çox  sahələrinin yüksək səviyyədə inkişafı dövlətin təhsilə göstərdiyi diqqətin nəticəsidir. Ukrayna Respublikasında universitetlərin sayı 800-dən çoxdur, ölkə xarici tələbələr üçün yüksək keyfiyyətli ali təhsil təklif edir.. Universitet ödənişləri seçdiyiniz ixtisas proqramından asılı olaraq 1200 $-dan 5000 $-a qədər davam edir. Əgər təqaüd proqramlarına qəbul ola bilsəniz, Ukraynada  pulsuz təhsil ala bilərsiniz.

Ukraynada Təhsil

Bəs nəyə görə Ukraynada təhsil almalıyam?

  • Yüksək keyfiyyətli təhsil almaq imkanı qazanırsınız.
  • Ukrayna diplomları dünyanın əksər ölkələrində rəsmən tanınır.
  • Tədris sistemində nəzəriyyə ilə bərabər, praktikaya da geniş  önəm verilir.
  • Tələbələr təhsil müddətində digər Avropa ölkələrində seminar, təlim və layihələrdə iştirak etməklə zəngin sosial təcrübə qazana bilərlər.
  • Universitetlərdə müəllim-pedaqoq heyətinin çoxu Avropa ölkələrindən dəvət edilən mütəxəssislərdir.
  • Yaşam xərcləri və universitet ödənişləri bir çox Avropa ölkələrindən sərfəli və tələbə büdcəsinə uyğundur.
  • Universiteti bitirdikdən sonra həm Ukraynada, həm də  Azərbaycanda karyera-iş  imkanlarınız yüksələcək.
  • İngilis dilində təhsil almaq istəsəniz, TOEFL yaxud IELTS sertifikatı tələb edilmir. Orta səviyyədə ingilis dili biliyiniz varsa, ali təhsil ala bilərsiniz.
  • Təhsil müddətinin sonunda Avropada daimi yaşayış və vətəndaşlıq üçün imkan əldə edirsiniz.

Ukraynada təhsil almaq üçün hansı sənədlər tələb olunur?

  • Bakalavr təhsili üçün orta məktəbi bitirdiyinizi göstərən attestat və rəsmi Transkript
  • Magistr təhsili üçün universitetdən əldə etdiyiniz bakalavr diplomu və rəsmi transkript
  • Xarici pasport
  • 12 ədəd 3*4 ölçüdə sənəd şəkli
  • Doğum haqqında şəhadətnamə
  • Tibbi arayış forma – 86 (əsli) və ukrayna dilinə tərcüməsi (1 ədəd)
  • Xüsusi xəstəliklər üçün əlavə tibbi arayış (Hepatit B,C, malyariya, QİÇS infeksiya)
  • 18 yaşına çatmayan şəxslərin notariusdan xaricə getmək üçün valideyn icazəsi
Ukraynaya hansı sənədlər lazımdır

QEYD: Yuxarıda qeyd edilən sənədlər şərtidir. Bəzi universitetlər öz daxili qaydalarına əsasən əlavə sənədlər tələb edə bilər.

Ukraynada yaşam xərcləri

Ukraynada yaşam xərcləri regiondakı digər ölkələrdən daha sərfəlidir. Belə ki, bir tələbə 200-300$ arası maliyyə imkanı ilə həm yataqxana ödənişini, həmçinin aylıq cibxərcləyini qarşılaya bilər. Qida məhsullarının əksər hissəsi yerli istehsal olduğundan qiymətlər münasibdir. Ukrayna Avropa məkanında ən keyiyyətli  nəqliyyat sisteminə malik olan ölkələrdəndir. Həmçinin universitetlər tərəfindən xarici tələbələrə ictimai nəqliyyat güzəştləri təklif  edilir (tələbə endirim kartı və s.).

 

Çoxsərlik universitetləşmə  təcrübəsi olan və yüksək keyfiyyətli ali təhsil təklif edən Ukraynada istədiyiniz ixtisas üzrə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin, arzularınızı birlikdə reallaşdıraq.

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

İnterstudent

interstudent.az

interstudent Ukraynada təhsil ukraynadaalitehsil ukraynadaattestatlatehsil ukraynadapulsuztehsil ukraynadatehsil ukraynadatehsilqiymetleri xaricdə təhsil

1 Şərh

  • Natiq
    21 May 2021 at 00:44 Reply

    Huquq oxumaq isdeyirem.huquq uzre alacagim diplom AZERBAYCANDA ve yaxud basqa olkelerde taninir?birdeki illik tehsil haqqini bilmek isdeyirem.munasib olarsa cox gozel şansdir

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə
Search