• İş Vaxtı: 09:00 - 19:00
  • Gənclik , Alliance bussines centre 2-ci mərtəbə (Gənclik metrosunun çıxışı )
  • +994 55 207 46 32
Interstudent
+994 55 207 46 32
  • Haqqımızda
    • Biz kimik?
    • Komandamız
    • Üstünlüklərimiz
    • Xidmətlərimiz
    • Karyera
  • Xaricdə təhsil
    • Xarici Universitetlərə Qəbul
    • Xaricdə Attestatla təhsil
    • Xaricdə Magistr Təhsili
    • Xaricdə Təhsil Barədə Bilməli Olduqlarınız
    • Təhsil Haqqı və İxtisaslar
    • Xaricdə Təhsil Bloqu
  • Türkiyədə Təhsil
    • Turkiyə Universitetləri
    • Turkiyədə Attestatla Təhsil
    • Turkiyədə Magistr Təhsili
    • Turkiyə Universitetlərinə Qəbul
    • Türkiyədə Təhsil Bloqu
  • Tələbələrimiz
  • Bloq
  • Əlaqə
  • Görüş Təyin Et
Interstudent > Bloq > Xaricdə təhsil qiymətləri

Xaricdə təhsil qiymətləri

  • 05 İyul 2021
  • Posted by: Interstudent
  • Category: Bloq Xaricdə Təhsil Bloqu
Şərh edilməmiş

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

Xaricdə təhsil arzusunda olan Azərbaycanlı gəncləri maraqlandıran əsas nüanslardan biri də məhz xaricdə təhsil xərcləridir.

İstər münasib yaşam xərcləri olsun istərsə də verdiyi yüksək səviyyəli təhsillə, gənclərimizin ən çox üz tutduğu ölkələrdə təhsil xərclərini sizlər üçün araşdırdıq.

  • Latviya

Latviya universitetlərində bakalavr təhsili 3-4 il  davam edir və istəyə uyğun olaraq tədris ingilis, rus, latış dillərində əyani və distant formalarda həyata keçirilir.

Universitetlərdə bakalavr pilləsi üzrə təhsil haqqı isə 1000-3000 euro arasında dəyişir.

İstisna olaraq qeyd edə bilərik ki, bu ölkədə tibb təhsili 6 il olmaqla yanaşı təhsil haqqıda olduqca yüksəkdir.Təxmini hər tələbə üçün bir tədris ilinə 10-15 min euro düşür.

 

Latviyada magistr təhsili almaq daha əlverişlidir. Çünki, nazmiədə bakalavrdan fərqli ixtisasda təhsil almaq şansı verilir. MBA təhsili 1 digər bütün ixtisaslarda təhsil müddəti 2 il təşkil edir.Tədrisin əsasən ingilis dilində həata keçirildiyi universitetlərdə illik təhsil haqqı illik 1000-2500 euro civarıdır.

Latiyada təhsil xərclərindən danışarkən yataqxana və yaşam məaliyətindən yan keçmək olmaz.

Belə ki, Əcnəbi tələbələr təhsil aldıqlarəı müddətdə Latviyada yataqxana və kirayə evlərdə qalıllar.Qiymətlər isə digər Avropa ölkələrinə nisbətdə olduqca münasibdir. Yataqxanalarda qiymət 80-200 evro, kirayə evlərdə isə aylıq ödəniş maksimum 250 evro təşkil edir.

Latviyada yaşam xərcləri də tələbələr üçün olduqca münasibdir.Hətta tələbələrə üçün hazırlanmış 15 evroluq transport kartı alaq nəqliyyatdan bir ay limitsiz istifadə etmək mümkündür. Bir tələbənin qida, transport,əyləncə üçün xərcləyəcəyi aylıq məvacib 150-200 evronu keçmir.

  • Litva

Litvada təhsili Azərbaycanlı tələbələr üçün üstün edən səbəblərə aşağıdakıları misan göstərə bilərik:

  • Münasib təhsil və yaşam xərcləri
  • Geniş ixtisas seçimi və tədrisin ingilis dilində mümkünlüyü
  • Dünyada tanınan diplom
  • Heç bir imtahan östəricisi olmadan, sadəcə attestatla qəbulun mümkünlüyü

Litvada bakalavr təhsili əsasən 4 il davam edir və tədris ingilis və rus dillərində həyata keçirilir.Ən müasir və təlabatlı ixtisas seçiminə sahib universitetlərdə bakalavr pilləsi üçün illik təhsil haqqı 1300 dllardan başlayr.

Litvada magistr təhsilinin ən böyük avantajı bakalavrdan fərqli ixtisasda təhsil almağın mümkün olmasıdır.tədrisin iki dildə həyata keçirilidyi universitetlərdə əyani və distant formada tədrisin təşkili mümkündür. Ümumilikdə 2 il davam edən magistr təhsili, yalnız MBA ixtisası üçün 1 il davam edir. İllik təhsil haqqı isə 2300 dollardan başlayır.

  • Polşa

Polşanı gözəl coğrafi iqlimi və təbiəti, tarixi memarlıq abidələri ilə gedənləri özünə heyran buraxan ölkələrdəndir.Gənclərimizin əksəriyyətinin də xaricdə təhsil üçün məhz bura üz tutmaqlarının isə bir çox haqlı səbəbləri var.

  • Heç bir IELTS,TOEFL göstəricisi olmadan sadəcə attestatla qəbul imkanı
  • Avropa ölklərinə nisbətdə dəfələrlə aşağı təhsil və yaşam xərcləri
  • Yaxın məsafədə yerləşməsi
  • Tədrisin ingilis dilində mümkünlüyü, dil zəruriyyətinin az olması və.s

Polşada bakalavr təhsili əsasən 4, bəzi universitetlərdə 3 il davam edir. Tədrisin ingilis dilində olması və yüksək səviyyədə təşkili seçilən sahədə peşəkar kimi yetişməyə şərait yaradır.Bəzi universitetlrə qəbul zamanı özlərinin ingilis dili biliyi yoxlayan testlərindən keçməyi zəruri amil kimi göstərir.Amma bu imtahandan uğursuzz olmaq problem deyil, çünki, bir il təsildən öncə foundation dediyimiz dil hazırlıq kursunu keçdikdən sonra təhsili davam etdirmək mümkündür. İllik təhsil haqqı isə 500-6000 euro arasında dəyişir.

Polşada magistr təhsili 2 il davam edir və ən əsası universiteti bitirən tələbələrə bir il əlavə vaxt verilir ki, bitirdikləri sahədə iş tapa bilsinlər.Dünyada tanınan diplom verən universitetlərdə magistr pilləsi üzrə təhsil ingilis dilində, əyani və distant formada həyata keçirilir.İllik təhsil haqqı ortalama 1000-8000 eurodur.

Polşada tələbələr əsasən yataqxanalarda qalmağa üstünlük versə də, kirayə evlərdə qalanlar da az deyil.Qiymətlər isə olduqca münasibdir:

  • Yataqxanalarda 100-300 euro
  • Kiraye evlərdə isə 150-250 euro

Ümumilikdə bir tələbənin qida, əyləncə, nəqliyyat və.s yaşam xərcləri ayda ortalama 100-200 euro təşkil edir.

 

  • Türkiyə

Gənclər arasında olan ən aktual mövzulardan biri də məhz türkiyədə təhsildir.Verdiyi yüksək keyfiyyətli təhsillə, Tanınmış Avropa universitet diplomları ilə eyni sırada qərarlaşan diplomları ilə və öən əsası münasib təhsil və yaşam xərcləri ilə Türkiyə- Azərbaycanlı gəclər üçün əvəzolunmaz ölkədir.

Ali təhsilin hər üç pilləsi üzrə təhsil ala biləcəyiniz Türkiyə universitetlərində, namizədin istəyindən aslı olaraq təhsil ingilis,türk kimi bir çox əcnəbi dillərdə həyata keçirilir.

Həm əyani, həm də qiyabi tədris forması mümkün olan ali təhsil müəssisəlrində Bakalavr təlsili 4 il, magistr isə əsasən 2 il davam edir.

Ümumilikdə düyə bilərik ki, Türkiyə universitetlərində güzəştli və ya ödənişsiz təhsil almaq üçün en sayda burs və təqaüd imkanları mövcuddur.Ölkədə fəaliyyətdə olan 206 ali təhsil müəssisəsini mənsub olduğu qrumlara görə 3 qrupa bölmək olar: Dəvlət, Özəl, Vəqf

Universitetlərdə təhsili almaq istəyən tələbələrin illik təhsil haqqı 200-600 azn arasında dəyişəcək.

Burada istər nəqliyyat, istər qida, istərsə də əyləncə xərcləri ölkəmizə və avropaya nisbətdə olduqca aşağıdır.Bütün bu nüanslarla yanaşı dil və din oxşarlığı, vizasız gediş-gəliş imkanı, güvənilir və qardaş ölkə olması Türkiyəni  „xaricdə təhsil alınacaq ölkələr“ cərgəsində ön sıraya çəkir.

İlk öncə qalmaq yaşam xərclərindən danışaq:

Türkiyəyə gedən tələbələr əsasən yataqxana və kirayə evlərdə məskunlaşır.Yataqxanalarda aylıq ödəniş 100-150 manat arasında dəyişir.Və bu qiymətə gündə iki dəfə yemək də daxil edilir. Özəl kirayə evlərdə qalmaq istəyənlər isə 2-3 nəfər birlikdə hərəsi 50-100 azn ödəməklə rahatlıqla yaşaya bilər.

Türkiyə daxilində transport xərcləri də istifadə etdiyiniz nəqliyyat növündən aslı olaraq 0.50-3 azn civarındadır.

Bütün bu sadaladıqlarımızadn belə nəticəyə gələ bilərik ki, bir tələbə üçün ayklıq yaşam 300-700 azn maliyyə bürdcəsi tələb edir.

  • Ukrayna

Qədim tarixi təhsil ənənləri və mədəniyyətinə sahib Ukrayna gəzməli və turistik zonlaraın çoxluğu ilə də gələnləri özənə valeh edir. Azərbaycanlı gənclərin isə təhsilini Urkaynada almaq istəməsinin bir çox haqlı səbəbləri vardır:

  • Avropa ölklərinə nisbətən münasib təhsil və yaşam xərcləri
  • Heç bir imtahan göstəricisi tələb edilmədən bakalavr və magistr pilləsi üzrə qəbul olmaq imkanı
  • Dünyanın bir çox ölkələrində və Azərbaycanda tanınan diplom
  • Avropanın təhsil sistemi ilə ayaqlaşan səviyyədə təşkil edən tədris sistemi və.s

800-dən çox univerisitetin fəaliyyət göstrdiyi ölkədə seçilən təhsil pilləsindən, universitetdən və ən əsası əyani və qiyabi təhsil formasından aslı olaraq əyani üçün illik təhsil haqqı 1100-2500 ABŞ dolları arasında dəyişir. Qiyabi təhsil formasıda isə qiymətlər daha aşağıdır, hardasa 800-1200 dollar civarı. Sözsüz ki, siz bir çox təqaüd proqramlarına müraciət edərək ödənişsiz təhsil də ala bilərsiniz.

Əyani təhsil alan tələbələrin qalması üçün  Ukrayna universitetlərini olduqca müasir və rahat yataqxanaları mövcuddur.Qiymətləri isə 30-50 dollar arasında dəyişir. Bu qiymətə yemək və bir çox şeylərdən istifadə daxildir.

Qiyabi təhsil alan tələbələr isə sadəcə 10 günlük ölkəyə səfər etdiyi üçün onlar əksər hallarda otellərdə, bəzən də yataqxanalarda yerləşdirilir.

Ukrayna Respublikası nəqliyyatın inkişafına görə bir çox Avropa ölkəsini geridə qoyur və tələbələrə xüsusi güzəştlər tətbiq edilir. Siz xüsusi tələbə endirim kartı alaraq bütün transport daşıyıcılarından olduqca ucuz qiymətə yararlana bilərsiniz.

Ölkədə qida qiymətləri isə təccüblü şəkildə aşağıdır. Ekspertlər buna əsas səbəb ki, bazarda əksər alların yerli məhsul olduğunu göstərir.

Ümumilikdə deyə bilərik ki, bir tələbənin yemək, qalmaq, əyləncə üçün xərcləyə biləcəyi məbləğ 200-300 dolları keçmir.

Günümüzdə gənclərimiz təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki universitetləri daha üstün tutur. Fərqli təhsil sistemi və yüksək təhsil keyfiyyəti xarici ölkələrdəki universitetləri təhsil üçün ideal hala gətirir. Qeyd etdiyimiz kimi Ukrayna, Gürcüstan və Belarusiya kimi Avropa ölkələri xaricdə təhsil mövzusunda ən actual ölkələrdəndir. Tələbələrin ən çox yönləndiyi ölkələrdən biri də Ukraynadır. Ukraynanın bir çox universitetində imtahansız, yalnız attestatla təhsil almaq şansı 1 addım qədər yaxınınızdadır.

Ukraynadakı ən tanınmış universitetlər:

1)Donetsk Milli Universiteti
2)Xarkov Milli Radioelektronika Universiteti
3)Kiyev Milli İnşaat və Memarlıq Universiteti
4)Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti
5)Odessa Milli Politexnik Universiteti
6)Odessa Milli Rabitə Akademiyası

Belarusiyadakı bəzi ən tanınmış universitetlər:

1)Belarus Dövlət Universiteti
2) Belarus Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası
3) Maksim Tank adına Belarus Dövlət pedaqoji Universiteti
4) Belarus Milli Texniki Universiteti
5) Belarus Dövlət İqtisad Universiteti

Xidmətlər

İnterstudent sizlərə nələr vəd edir:

  • İstənilən universitet və ixtisasa qəbul
  • Sənədləşmə işlərinin problemsi və dəqiq həll edilməsi
  • Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması
  • Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi

Üstünlüklər

Biz nə ilə fərqlənirik?

  • İllərdir xaricdə təhsil sahəsində qazanılan təcrübələr və uğurlar
  • Müraciət edən minlərlə tələbənin və valideyinin məmnuniyyəti
  • Peşəkar və bu sahədə ixtisslaşmış mütəxəssis heyəti
  • Tələbənin fikirlərini nəzərə alaraq istədiyi ixtisasa 100% qəbul zəmanəti
  • Münasib qiymət və professional, hərtərəfli xidmət
customer-service

Bizim xidmətlərimiz

consulting

Ödənişsiz təhsil konsultasiyası

school

Universitetə qəbulların alınması

passport

Viza alınmasında dəstək

usher

Türkiyədə qarşılanma

choice

Yaşayış məskənlərinə yerləşdirilmə

document

Miqrasiya işlərində köməklik

Öz spesifik və keyfiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

+994 55 207 46 32

Cəfər Cabbarlı 44, Caspian Plaza 1-ci korpus 7-ci mərtəbə

Xaricdə təhsil üçün tələb olunan sənədlər hansılardır?

Xaricdə təhsil üçün tələb olunan sənədlərə aşağıdakılar daxildir:

  1. Orta məktəb attestatı;
  2. 3×4 fotoşəkil;
  3. Xarici passport;
  4. 18 yaşa çatmamış gənclərin valideynləri tərəfindən arayış;

Xarici universitetlərdə təqdim olunan diplomlar hansı ölkələrdə tanınır?

Təqdim  olunan diplomlar Almaniyanın 115, ABŞ-ın 71, Böyük Britaniyanın 48, Fransanın 66, İtaliyanın 24 universitetinin diplomları Azərbaycanda tanınır.

Şirkətiniz Türkiyədə təhsilin hansı formalarını təqdim edir?

Şirkətimiz  sizə Türkiyədə  attestatla və magistratura üzrə təhsil xidmətlərini təqdim edir.

Türkiyə ilə yanaşı digər hansı xarici ölkələrin universitetlərinə qəbul həyata keçirilir?

Türkiyə ilə yanaşı, Ukrayna,  Belarusiya Polşa kimi  bir çox  Avropa  ölkələrinin universitetlərinə  qəbul prosesi həyata keçirilir.

Xarici ölkələrdə təhsillə bağlı təklif etdiyiniz xidmətlər hansılardır?

Xarici  ölkələrdə  təhsillə bağlı təqdim  etdiyimiz  xidmətlərə aşağıdakılar daxildir:

 

  1. Ödənişsiz konsultasiya xidmətləri;
  2. İstənilən universitet və ixtisasa  qəbul;

 

  1. Qəbuldan sonra tələbənin oxuayacağı ölkədə qarşılanması;

 

  1. Viza alınmasında dəstək;

 

  1. Tələbənin istəyinə uyğun yataqxana və ya tələbə evlərində yerləşdirilməsi.

 

 

  1. Sənədləşmə işlərinin problemsiz və dəqiq həll edilməsi

Xarici universitetlərdə ortalama təhsil haqqları nə qədərdir?

Xarici universitetlərdə  ortalama  təhsil haqqları 300$-dan başlayır. Ümumilikdə isə təhsil haqqları ölkənin şəraitindən və təhsil alınacaq universitetin özəl yoxsa dövlət müəssisəsi olmasından asılı olaraq dəyişir.

Xaric universitetlərə qəbul hansı tip ixtisaslar üzrə həyata keçirilir?

Şirkətimiz  sizə Tibb, Turizm, Mühəndislik, Memarlıq, Bank işi və bu cür digər ixtisaslara sadəcə attestatla qəbul prosesini təklif edir.

Türkiyə universitetlərində magistr üçün tələb olunan sertifikatlar hansılardır?

Türkiyədə  magistr təhsili təhsili üçün aşağıdakı setfikatlar tələb edilir:

  • ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı)
  • TOEFL (Test of English as a Foreign Language)

Türkiyə universitetlərində bakalavr təhsili üçün tələb olunan imtahanlar hansılardır?

Bakalavr pilləsi üçün gərəkli imtahanlar aşağıdakılardır:

  • YÖS (Yabancı Öğrenci Sınavı)
  • SAT (Scholastic Aptitude/Assessment Test)
  • TÖMER ( Türk dili haqqında sertifikat)

Öz spesifik və keyffiyyətli universitet təhsili ilə ön sıralarda yer alan Türkiyədə təhsil almaq istəyirsinizsə, sadəcə bizə müraciət edin. “İnterstudent” xaricdə təhsil mərkəzi Sizin üçün Türkiyədə təhsillə əlaqədar  gərəkli olan bütün prosedurları həyata keçirək.

+994 12 505 77 95
+994 55 205 09 95
+994 55 207 46 32

İnterstudent

interstudent.az

Bir cavab yazın Cavabı ləğv et

Footer logo
Copyright © 2020 Bütün Hüqüqlar Qorunur! İnterstudent
  • Ən çox soruşulan sualların Cavabları
  • Haqqımızda
  • Əlaqə
Search