Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi məzunuyam. Uşaqlıdan xəyalım xaricdə xüsusilə də Türkiyədə təhsil almaq idi. Türkiyə mənə digər ölkələrdən daha doğma və yaxın gəlirdi. Xəyalım Türkiyədə prestijli bir universitetə qəbul olmaq olduğu üçün həmişə dərslərdə aktiv olmağa çalışırdım, dərslərimə həmişə hazırlıqlı olurdum. Məktəbin son siniflərində isə artıq həm universitetləri araşdırır, həm də hansı universitetdə daha çox inkişaf etdirə bilərəm deyə düşünürdüm.
Xaricdə təhsil almağı məktəb vaxtlarımdan arzu edirdim. Riyaziyyatla bağlı olan fənləri çox sevirdim, ev tapşırıqlarımı həmişə həvəslə və əzmlə edirdim. Axı uşaqlıqdan bir xəyalım var idi- Xaricdə təhsil almaq.Bunun üçün çox çalışırdım, hazırlaşırdım. Lakin, bu yetərli deyildi. Uğurlu universitet və ixtisas seçimi etmək üçün və ümumiyyətlə imtahanlara hazırlaşmaqda mənə kömək olmaq üçün mütəxəssislərə ehtiyacım var idi.
Həkim olmaq, xəstələri müalicə etmək hamımızın uşaqlıq arzusudur. Böyüdükcə isə işlər xəyal etdiyimiz qədər rahat və asan şəkildə həyata keçmir. Hər bir kəsin uğur qazanmaq üçün doğru insanların əhatəsində, düzgün yetişməsi lazımdır. Məktəb həyatım Zəngi Liseyində keçib və buradan məzun olmuşam. Aşağı siniflərdən başlayaraq həkim olmaq xəyalım haqqında çox düşünür, çoxlu xəyallara dalardım. Eyni zamanda bacardığım qədər kimya və biologiya fənlərini dərindən mənimsəməyə çalışırdım.