Karamanoglu Mehmetbey , Psixologiya
İnsanları anlamaq, fərli həyatlara toxunmaq özümü dərk etdiyim yaşlardan ən böyük arzum idi. Bu arzumu reallaşdıra biləcəyim ixtisasın da məhz psixologiya olduğunu biləndə, bu təhsili ən yaxşı şəkildə almaq üçün xaricdə təhsil şirkətlərinə müraciət etdim.Bir çox məsuliyyətsiz şirkətə uğursuz müraciətdən sonra, nəhayət İnterstudent ailəsi ilə tanış oldum.
Kutahya Dumlupınar, Bank işi
Sevincimi və mminnətdarlığımı ifadə etməkdə çətinlik çəksəmdə, bunu üzümdəki ifadədən asanlıqla anlaya bilərsiniz.
Xaricdə təshil arzularımı reallaşdıran və Kütahya Dumlupınar universitetində günümzün ən gəlirli ixtisaslarından olan “bank işi” ixtisasına qəbulumu təmin
Ukrayna Milli Daxili İşlər Universiteti
İxtisas: Hüquq
Bu gün mən dünyada ədalətin bərqarar olmasına azda olsa qatqımın ola biləcəyini düşünəndə özümü dünyanın ən xoşbəxti hesab edirəm.Və sözsüz ki, bunu dəyərli İnterstudent xaricdə təhsil şirkətinə və səbrlə,
Yıldız Teknik Universiteti / Kimya mühəndisliyi
Orta təhsilimi Sumqayıt şəhərində alsamda ali təhsilimi ölkə xaricində almaq ən böyük arzularımdan idi.Bunun asan olmayacağını bilirdim amma bu yolda bütün əziyyətləri çəkməyə hazır idim.Öncədən bir necə xaricdə təhsil şirkətinə müraciət etsəm də müsbət olmyan cavablar və laqeydlik məni məyus edirdi.
Ankara Yıldırım Beyazit Universiteti/ İqtisadiyyat
Dünyanı gəzmək, xaricdə təhsil almaq həyatdakı ən böyük məqsədlərimdən idi.
İnterstudent ailəsini tanıdıqca bu arzuma hər gün birazda yaxınlaşdığımı hiss etdim. Səmimi və işinin peşəkarı olan mütəxəssislər bütün istəklərimi və fikirlərimi dinləyərək mənə ən doğru yolu göstərdilər.
Bakı Türk Anadolu Liseyinin məzunuyam. Məktəb vaxtlarından həmişə texniki fənlərə marağım daha çox olmuşdur. Böyük siniflərə çatanda maraqlandığım sahələrlə bağlı xaricdə təhsil alaraq vətənə qayıtmış tanışlarımın yaxşı mənada necə dəyişdiyini müşahidə edə bilirdim. Onlar həm dünyagörüşü cəhətdən inkişaf etmiş, həm də öz ixtisasları üzrə peşəkara şəxsiyyətə çevrilməyi bacarmışdılar.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi məzunuyam. Uşaqlıdan xəyalım xaricdə xüsusilə də Türkiyədə təhsil almaq idi. Türkiyə mənə digər ölkələrdən daha doğma və yaxın gəlirdi. Xəyalım Türkiyədə prestijli bir universitetə qəbul olmaq olduğu üçün həmişə dərslərdə aktiv olmağa çalışırdım, dərslərimə həmişə hazırlıqlı olurdum. Məktəbin son siniflərində isə artıq həm universitetləri araşdırır, həm də hansı universitetdə daha çox inkişaf etdirə bilərəm deyə düşünürdüm.
Xaricdə təhsil almağı məktəb vaxtlarımdan arzu edirdim. Riyaziyyatla bağlı olan fənləri çox sevirdim, ev tapşırıqlarımı həmişə həvəslə və əzmlə edirdim. Axı uşaqlıqdan bir xəyalım var idi- Xaricdə təhsil almaq.Bunun üçün çox çalışırdım, hazırlaşırdım. Lakin, bu yetərli deyildi. Uğurlu universitet və ixtisas seçimi etmək üçün və ümumiyyətlə imtahanlara hazırlaşmaqda mənə kömək olmaq üçün mütəxəssislərə ehtiyacım var idi.
Həkim olmaq, xəstələri müalicə etmək hamımızın uşaqlıq arzusudur. Böyüdükcə isə işlər xəyal etdiyimiz qədər rahat və asan şəkildə həyata keçmir. Hər bir kəsin uğur qazanmaq üçün doğru insanların əhatəsində, düzgün yetişməsi lazımdır. Məktəb həyatım Zəngi Liseyində keçib və buradan məzun olmuşam. Aşağı siniflərdən başlayaraq həkim olmaq xəyalım haqqında çox düşünür, çoxlu xəyallara dalardım. Eyni zamanda bacardığım qədər kimya və biologiya fənlərini dərindən mənimsəməyə çalışırdım.